cümə axşamı 21 may 2026 - 22:27
Xadimlik növbəsinin ilk günündə şəhid olan dövlət işçisi

Hövzə: İxlası və gecə-gündüz davam edən mücahidəsi ilə diplomatiyanı xidmət və fədakarlıq yoluna çevirən bir şəxs, diplomatik geyimin də “İlahi nur axdaranların kəfəni” ola biləcəyini göstərdi. O getdi ki, şəhadətin yalnız səngərdə olmadığını desin. Bəzən danışıqlar masasının arxasında və siyasət meydanında da cənnət ətrini duymaq olur.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, bu mətndə şəhid Hüseyn Əmir Abdullahiyanın həyat yoldaşı və övladının xatirələrindən bəhs olunur. Xatirələrdə bu şəhidin yüksək mənəvi xüsusiyyətləri və xalqla olan münasibəti təsvir edilir.

Şəhidin həyat yoldaşı:

Xarici işlər naziri vəzifəsi nə adı, nə də məsuliyyəti baxımından cənab nazirin ailəsevərliyindən və xalqla səmimi münasibətindən zərrə qədər azaltmadı. O, nazirlik kürsüsünə və vəzifəyə bağlı insan deyildi. Öz adını və dəyərini başqa yerdə, bəlkə də Allahın sevimli bəndələri sırasında axtarırdı.

Dəfələrlə dostları ona yüksək məqamlara yüksələcəyini deyirdilər. Amma yoldaşım həmişə belə deyirdi: "Mən həmişə Allahdan istəmişəm ki, elə bir məqama çatım ki, o yüksək məqam mənim üçün keçinin asqırığı qədər də dəyərsiz olsun." Həqiqətən də belə idi.

O, nazirliyi xalqın problemlərini daha çox həll etmək və insanlara xidmət etmək üçün bir fürsət hesab edirdi və bu heç vaxt dəyişmədi. Həmişə insanların vəziyyətindən xəbərdar olmağa çalışırdı.

Məclisə 4-5 yaşlı bir uşaq daxil olanda onun ayağa qalxmaması mümkün deyildi.

Əziz şəhid Qəzza xalqının və müqavimət cəbhəsinin səsi idi. Adətən evdə iş məsələlərindən danışmazdı, amma mən onun gecə-gündüz göstərdiyi səyləri görürdüm.

Qəzzaya hücumlar zamanı gecə saat 2-dən tez yatdığı olmurdu, halbuki səhər tezdən oyanırdı.

Deyirdi ki, əlimizdən gələn hər şeyi etməliyik ki, bu məzlum qadınlar və uşaqlar məhv olmasınlar.

Sionistlərin müqavimət qüvvələri ilə üz-üzə dayanmağa gücü çatmır, buna görə də məzlum qadınlara və uşaqlara hücum edirlər.

Mən xaricdə bu məzlum fələstinlilərin səsi olmalıyam. Qəzza xalqı öz səsini dünyaya çatdıra bilmir və bunu mən etməliyəm. BMT-də fəryad etməli, xarici işlər nazirləri ilə danışmalıyam.”

Şəhidin övladı:

“Atam Ayətullah İbrahim Rəisi İmam Rzanın (ə) mübarək hərəmində idarəçi olduğu dövrdən etibarən hərəmdə xidmətçi olmaq üçün müraciət etmişdi. Lakin deyirdi ki, əgər biz sadəcə səhnlərdə (hərəmin həyətlərində) dayanaraq xidmətçi olsaq, bəlkə də insanlara daha çox maneə yaradarıq.

Onun arzusu bu idi ki, xidmət masaları yaradılsın və öz ixtisas sahəsində İmam Rzanın (ə) hərəmində xalqa xidmət etsin. Nəticədə bu da həyata keçdi və xidmət masaları təşkil olundu.

2024-cü ilin dekabr ayında atama hərəmdə xidmətçilik adı verildi. Lakin “Tufan əl-Əqsa” hadisələri ilə bağlı çox məşğul olduğuna görə heç vaxt Məşhədə getməyə fürsət tapmadı.

Nəhayət, planlaşdırılmışdı ki, İmam Rzanın (ə) mövludu günü keçiriləcək mərasimdə ona xidmətçi libası geyindirilsin. Amma məhz həmin gün şəhid oldu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha